Gəncəli
kuklaçıların yeni tamaşası
Gəncə Dövlət Kukla Teatrında alman xalq
nağılı əsasında “Üç donuz balası” tamaşasının
məşqlərinə başlanılıb.
Tamaşaya Əməkdar artist Fərmail Paşayev
quruluş verir, quruluşçu rəssam Məhəmməd
Hacıyevdir.
Personajları Elmar Vəliyev (Naf-naf), Zülfiyyə
Əliyeva, Saleh Cümşüdlü (Nuf-nuf), Nərmin Şərifova,
Yeganə Məmmədova (Nif-nif), Nahidə Namazova (Qarğa), Səməd
Xanəhmədov (Canavar) canlandırırlar.
Uşaqlara zəhmətsevərlik və mübarizə
əzmi aşılayan birhissəli kukla tamaşası ilin
sonunadək teatrsevərlərə təqdim olunacaq.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.