Türkiyəli gənclər Lənkəranda
Türkiyənin gənclərdən ibarət nümayəndə
heyəti 6-7 oktyabr tarixlərində Lənkəran şəhərində
olub. Qardaşlıq səfəri iki ölkənin Gənclər
və İdman nazirlikləri arasında “Mütəxəssis
mübadilə proqramı” çərçivəsində təşkil
olunub.
Türkiyəli gənclər Lənkəran Gənclər
Evində dərnəklərin fəaliyyəti ilə
tanış olublar. Gənclər Evinin könüllüləri
ilə çay süfrəsi ətrafında söhbət təşkil
edilib, könüllülük fəaliyyəti haqqında fikir
mübadiləsi aparılıb.
Səfər çərçivəsində türkiyəli
gənclər Lənkəran şəhərinin tarixi abidələrinə,
gəzməli və görməli yerlərinə də
böyük maraq göstəriblər. Onlar
Tarix-Diyarşünaslıq Muzeyi, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, tank qoşunları
generalı Həzi Aslanovun şəhərdəki ev-muzeyində
olub, Xanbulan gölünün mənzərəsini seyr ediblər.
Qonaqlar cənub bölgəsindən zəngin təəssüratla
ayrılıblar.
Zəfər Orucoğlu
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.