Şəki
teatrında “Heç nədən hay-küy”
Şəki Dövlət Dram Teatrında görkəmli
ingilis şair-dramaturqu Vilyam Şekspirin “Heç nədən
hay-küy” komediyası əsasında tamaşanın məşqləri
davam edir.
Teatrın baş rejissoru Əməkdar incəsənət
xadimi Mirbala Səlimlinin səhnələşdirdiyi
tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov,
geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə
yazılmış mahnıların bəstəkarı Xatirə
Orucova, musiqilərin aranjimançısı Firudin Allahverdi, rəqslərin
quruluşçu Çingiz Novruzəliyevdir.
Rolları Əməkdar artistlər Xanlar Həşimzadə,
Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal
Salahov, Pərviz İsmayılov, Rəşid Mirizadə, Aytac
İsmayılzadə, Arzu Mustafayeva, Rəsul Məmmədrəhimov
və b. ifa edirlər.
Tamaşa ilin sonunadək teatrsevərlərlə
görüşəcək.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.