Mingəçevir səhnəsində
“Sadıqın toyu” bərpa olunur
Mingəçevir Dövlət Dram Teatrında vaxtilə
repertuarda olmuş Sahib İbrahimlinin “Sadıqın toyu”
pyesinin tamaşası bərpa edilir.
Tamaşanın bərpa rejissoru teatrın direktoru
Əməkdar artist İntiqam Soltan, quruluşçu rəssamı
Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Oktyabrın sonlarında teatrsevərlərə təqdim
olunacaq tamaşada rolları Əməkdar artist
Şıxı Yaqubov, aktyorlar Afət Əliyeva, Eyvaz
Əliyev, Elvin Əkbərli,
İlqar Rəhimov,
Paşa Salmanov, Asim Məmmədov və b. ifa edirlər.
Qeyd edək ki, tamaşa Mingəçevir səhnəsində
2018-ci ildə Ağdam Dövlət Dram Teatrının baş
rejissoru Kərim Həsənlinin quruluşunda
hazırlanıb.
Hazırda teatrın repertuar planından əlavə
“Ağ-qara” mono-pyesi üzərində də
yaradıcılıq işi gedir. İntiqam Soltanın müəllif
işi olan əsər ölkəmizin ev sahibliyi edəcəyi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransı (COP 29)
münasibətilə hazırlanır. Bu tamaşa isə
noyabrın əvvəllərində təhvil veriləcək.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.