“Oğru” Dərbənddə ortaya
“çıxdı”
Dərbənd Dövlət Azərbaycan Dram
Teatrında Miroslav Mitroviçin “Gecəyarısı
soyğunçuluq” pyesinin motivləri əsasında
hazırlanan “Oğru” tamaşasının premyerası olub.
Teatrın baş rejissoru Əməkdar artist Sərvər
Əliyevin qəzetimizə verdiyi məlumata görə,
tamaşanı Rusiyanın Əməkdar artisti Tamerlan Sabanov
hazırlayıb, səhnə tərtibatını
Dağıstanın Əməkdar rəssamı Dəmir
İsaakov verib.
Rolları Aygün Nəcəfova, Şükufə Məlikova
(Dağıstanın Əməkdar artisti), Mirzəağa
Cum-cum, Osman Mehrabov və Orxan Əliyev oynayırlar.
Baş rejissorun sözlərinə görə,
tamaşa tragikomik səhnələrlə zəngindir. Ticarət
mərkəzinə vergidən yoxlama gələcəyini
eşidən direktor gecəni iş otağında qalıb sənədləri
sahmana salmaq fikrinə düşür. Külli miqdarda pul
oğurlayan direktor heç cür əməllərini
ört-basdır edə bilmir. Elə bu vaxt ticarət mərkəzinə
oğru girir...
Oyun içərisində oyun kimi qurulan tamaşa
teatrın cari rüb üçün repertuar planına
daxildir.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.