“Mahmud Kaşğari
“Divan”ı və çağdaş türk dilləri”
kitabı çapdan çıxıb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
şöbə müdiri filologiya elmləri doktoru, professor
İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və
çağdaş türk dilləri” kitabı çap olunub.
Kitabda Mahmud Kaşğarinin “Divan”ında sözün
fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və
struktur-funksional xüsusiyyətləri nəzərdən
keçirilib. Əsərdə “Divan”ın türkoloji
dilçiliyin formalaşması və inkişafındakı
rolu, çağdaş türk dillərinə, dialektlərinə
təsiri öyrənilib. Kitab 3 bölmədən ibarətdir.
Bölmələrdə “Divan”ın fonetik, leksik və morfoloji
özəllikləri araşdırılıb.
Nəşrin redaktoru professor Nadir Məmmədli, rəyçiləri
filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova
və dosent Qətibə Quliyevadır.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.6.