Qazaxlar türkmən
elindədir
Aşqabadda Qazaxıstanın mədəniyyət həftəsi
keçirilir. Proqrama yaradıcılıq görüşləri,
sərgilər, film nümayişləri, estrada artistlərinin
çıxışları və möhtəşəm
qala-konsert daxildir.
Həftənin açılışında (8 oktyabr)
Qazaxıstan ifaçıları zəngin konsert proqramı ilə
çıxış ediblər. Aşqabadlılar qazax xalq rəqslərini
seyr edib, klassik musiqi nümunələrini və müasir
estrada kompozisiyalarını dinləyiblər. İlk gün
virtuoz çıxışlarla zəngin caz axşamı ilə
başa çatıb.
Qazaxıstan Respublikasının Türkmənistandakı
səfiri Nurlan Noqayev mədəniyyət günlərinin iki
qardaş xalq arasında münasibətlərə
mühüm töhfə olacağını deyib:
“Qazaxıstan ölkələrimiz arasındakı
mövcud münasibətləri
yüksək qiymətləndirir və onların gələcəkdə
də qarşılıqlı faydalı olmasından
ötrü səylərini əsirgəməyəcək”.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.8.