Berlində “Türk dünyası”
Xalq rəssamı Əşrəf Heybətin sərgisi
Yunus Əmrə İnstitutunun Berlindəki mərkəzində
Almaniyada yaşayan Azərbaycanın Xalq rəssamı, Almaniya
Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının
üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri
üzvü Əşrəf Heybətin sərgisi təşkil
edilib.
“Türk dünyası” adlı sərginin
açılışında Azərbaycanın və digər
türkdilli ölkələrin Almaniyadakı səfirliklərinin
əməkdaşları, türk xalqları icmalarının
təmsilçiləri, yerli mədəniyyət nümayəndələri
iştirak ediblər.
Oktyabrın 11-də başa çatacaq sərgidə
rəssamın 38 əsəri yer alıb. Tablolarda geniş
coğrafiyanı əhatə edən Türk
dünyasının zəngin tarixi-mədəni irsi,
memarlıq abidələri, adət-ənənələri əksini
tapıb.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.1.