Ağstafalı sənətsevərlər
Bakı Bələdiyyə Teatrının tamaşasına
baxıblar
Ağstafa rayon Heydər Əliyev Mərkəzində
“Ana tarla” tamaşası nümayiş olunub. Bakı Bələdiyyə
Teatrının təqdim etdiyi tamaşa görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun
eyniadlı povestinin motivləri əsasında
hazırlanıb.
Xalq artisti Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi
və quruluşçu rejissoru olduğu tamaşa doğma
yurda sadiq olan sadə insanlardan bəhs edir. Səhnə əsərində
İkinci Dünya müharibəsində insanların
yarımçıq qalmış taleləri, məhv
edilmiş arzu və istəkləri, eyni zamanda
insanlığa, gələcəyə ümidləri əks
olunur.
Tamaşa ağstafalılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Nümayişin sonunda aktyorlara gül dəstələri təqdim
olunub, xatirə şəkilləri çəkdirilib.
Səhnə əsərini izləyənlər
sırasında rayonun icra başçısı Seymur Orucov,
millət vəkili Azər Əmiraslanov, Qazax-Tovuz RMİ-nin rəisi
vəzifəsini icra edən Nail Məmmədov, rayondakı digər
dövlət qurumlarının rəhbər şəxsləri
də olublar.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.4.