Gəncəli kuklaçılar
Qazaxıstana festivala gedirlər
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə
Dövlət Kukla Teatrının yaradıcı kollektivi 21-25
oktyabr tarixlərində keçiriləcək II Almatı Beynəlxalq
Kukla Teatrları Festivalında (Qazaxıstan) iştirak edəcək.
Teatr festivala Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri
əsasında hazırlanmış eyniadlı tamaşa ilə
qatılacaq.
Festivala Azərbaycanla yanaşı, Türkiyə,
İtaliya, Çin, Rusiya, Bolqarıstan, Polşa, İran,
Özbəkistan kukla teatrları da dəvət alıb.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı
Gəncə Dövlət Kukla Teatrının baş rejissoru
Şamil Məmmədli, xoreoqrafı Əməkdar artist Fərmail
Paşayev, quruluşçu rəssamı Məhəmməd
Hacıyevdir. Personajları Zülfiyyə Əliyeva, Şamil
Məmmədli, Nahidə Namazova, Səməd Xanəhmədov,
Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova
və Məhəmməd Hacıyev canlandırırlar.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.4.