Xalq şairi
Sumqayıtda oxucularla görüşüb
Abşeron-Xızı və Şərqi Zəngəzur
RMİ-lərin birgə təşkilatçılığı
ilə Xalq şairi Vahid Əzizin Sumqayıtda oxucularla
görüşü olub. Tədbir “Onlar bir incidir” layihəsi
çərçivəsində reallaşıb.
“Kimyaçı” Mədəniyyət Sarayında
keçirilən görüşdə nəğməkar
şairin poeziyasının vurğunları ilə
yanaşı, Milli Məclisin deputatları, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Əminəxatun Tərlan
şairin həyat və yaradıcılığı barədə
məlumat verib. Qeyd olunub ki, bədii yaradıcılığa
1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində
çıxan ilk şeiri ilə başlayan şair dövri mətbuatda
müntəzəm çıxış edir. Şairin sözlərinə
bəstələnmiş mahnıların diski buraxılıb.
Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”,
“İllərin baharı”, “Əllərimin kölgəsi”,
“Dözmək olmur”, 4 cilddən ibarət “Şeirlər,
poemalar, tərcümələr, publisistika” adlı
kitabları oxucular tərəfindən maraqla
qarşılanır.
Vahid Əziz bəzi şeirləri ilə bağlı
xatirələrini bölüşüb, yeni qələmə
aldığı bədii nümunələrini oxuyub,
iştirakçıların suallarını
cavablandırıb.
Tədbirdə hər iki regional idarənin mədəniyyət
müəssisələrinin əməkdaşları tərəfindən
rəngarəng musiqi nömrələri ifa olunub.
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.4.