Ağcabədidə Rəşad Məcidin
yubileyi qeyd olunub
Azərbaycan Mətbuat Şurasının sədri
Əməkdar mədəniyyət işçisi, yazıçı,
publisist və şair Rəşad Məcidin 60 illiyi münasibətilə
doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir
keçirilib.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət
Mərkəzində keçirilən tədbirdə əvvəlcə
yubilyarın yaradıcılığına həsr olunmuş
sərgiyə baxış olub. Azərbaycan Milli
Kitabxanasının təşkil etdiyi sərgidə Rəşad
Məcidin kitabları, habelə redaktoru olduğu nəşrlər,
haqqında yazılan kitablar nümayiş etdirilib.
Mərkəzin konfrans zalında Rəşad Məcidin
ömür yolundan bəhs edən videoçarx nümayiş
olunub.
Tədbirin aparıcısı millət vəkili,
yazıçı-publisist Aqil Abbas açılış
sözündən sonra yubilyarı səhnəyə dəvət
edib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov,
qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,
“Aran” qəzetinin redaktoru Məhsəti Musa
çıxış edərək Rəşad Məcidin
yaradıcılığından, ictimai fəaliyyətindən
söz açıb, təbriklərini çatdırıblar.
Yubilyara İcra Hakimiyyətinin fəxri fərmanı
təqdim olunub.
Rəşad Məcidin Ağcabədidə
çıxan “Sürət” (hazırkı “Aran”) qəzetində
1982-ci ildə çap olunmuş ilk şeirinin məktəbli
Nəimi Ağayev tərəfindən səsləndirilməsi
maraqla qarşılanıb.
Yubilyarın şözlərinə bəstələnən
mahnılar və digər musiqi nömrələri ifa olunub.
Sonda çıxış edən Rəşad Məcid
tədbirin təşkilatçılarına və
iştirakçılara minnətdarlığını bildirib.
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.4.