Fransız
aşpazın kitabında Azərbaycan mətbəxi
Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzində
Azərbaycan milli mətbəxinin nümunələri daxil
olmaqla 150 ölkənin yumurtadan hazırlanan yeməklərinin
reseptlərindən ibarət “Eggcellent” kitabının təqdimatı
keçirilib.
Tədbirdə nəşrin müəllifi,
tanınmış kulinariya ustası və kulinariya
teleşousunun aparıcısı Siril Ruke-Prevostun kitabı
hazırlamaq üçün səyahət etdiyi ölkələr
haqqında məlumat verilib.
Müəllif gəzdiyi ölkələrin mətbəxləri
barədə fikirlərini bölüşüb, eləcə
də Azərbaycana səyahətindən, milli mətbəximizdən
söz açıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva
qastrodiplomatiyanın mədəniyyət diplomatiyasının
bir forması olduğunu deyib. Qeyd olunub ki, mətbəx mədəniyyətlər
arasında körpülərin yaradılmasında rol
oynayır, ölkə milli mətbəxini xaricdə tanıtmaqla
öz nüfuzunu və beynəlxalq cəlbediciliyini
artırır.
“Eggcellent” kitabında qurmanlara Azərbaycan milli mətbəxinin
yumurtadan hazırlanan bir neçə resepti təqdim olunur.
Tədbir iştirakçıları Azərbaycan milli
mətbəxindən kükü, yumurtalı toyuq
çığırtması, yumurtalı lobya kimi yeməkləri
dadıblar.
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.8.