Növbəti vətəndaş
qəbulu Naxçıvanda keçirilib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində
vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli liderin
Naxçıvan şəhərindəki Heydər Əliyev
Muzeyinin qarşısında ucaldılmış abidəsi
önünə tər çiçək dəstəsi
qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
Nazirliyində keçirilən qəbulda Adil Kərimli Naxçıvan şəhəri,
Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək,
Şahbuz və Şərur rayonlarından olan vətəndaşların
müraciətlərini dinləyib.
Vətəndaşlar mədəniyyət sahəsi ilə
bağlı layihələr, təkliflər, məşğulluq
və digər məsələlərlə bağlı
müraciətlərini diqqətə çatdırıblar
Mədəniyyət naziri vətəndaşların
xahiş və təkliflərini dinləyərək
qaldırılan hər bir məsələnin operativ şəkildə
araşdırılması, qanunvericiliyə uyğun həlli
ilə bağlı addımlar atılacağını
bildirib.
Qəbulda iştirak edən şəhid ailələri
və qazilərin qeyd etdikləri məsəllərə
xüsusi diqqətlə yanaşılması, vaxtında və
obyektiv baxılması ilə bağlı
tapşırıqlar verilib.
***
Qəbuldan sonra nazir Naxçıvan şəhərində
dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn
Cavidin Ev-Muzeyini, Hüseyn Cavid Məqbərəsini və Bəhruz
Kəngərli Muzeyini ziyarət edib. Muzeylərin və məqbərənin
fəaliyyəti haqqında məlumat verilib.
Daha sonra muxtar respublikanın Şahbuz rayonuna gedən
Adil Kərimli Mədəniyyət Sarayı,
Tarix-Diyarşünaslıq Muzeyi və Şahbuz şəhərindəki
“Araz” kinoteatrına baxış keçirib.
Müəssisələrlə tanışlıq
zamanı bildirilib ki, ölkəmizdəki bütün mədəniyyət
və bədii təhsil ocaqlarına vahid yanaşma
mövcuddur. Müəssisələrdə fəaliyyətin
müasir tələblər səviyyəsində qurulması
diqqətdə saxlanılmalıdır.
Bundan əlavə, muxtar respublikaya səfər çərçivəsində
Azərbaycan Respublikası mədəniyyət nazirinin
müşavirləri Cahangir Səlimxanov, Oleq Əmirbəyov və
Cəsarət Valehov müvafiq sahələr üzrə
Naxçıvan şəhərində müəssisələr
və kollektivlərlə tanış olublar.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.4.