Naxçıvanda
Müstəqilliyin Bərpası Günü ilə əlaqədar
sərgi
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Kəngərli adına sərgi salonunda Müstəqilliyin
Bərpası Günü ilə əlaqədar sərgi
keçirilib.
Milli Məclisin deputatı, Naxçıvan MR Rəssamlar
Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva
sərgi barədə məlumat verib. Qeyd olunub ki, müasir Azərbaycan
dövlətinin müstəqilliyinin qorunub saxlanılması
Ümummilli lider Heydər Əliyevin adı və qətiyyətli
siyasəti ilə bağlıdır. Bu siyasəti Prezident
İlham Əliyev uğurla davam etdirir. Bu uğurları həyatımızın
bütün sahələrində görürük.
Digər çıxış edənlər Müstəqilliyin
Bərpası Günü haqqında danışıb,
iştirakçılara və rəssamlara təbriklərini
çatdırıblar.
Əməkdar rəssam Fikrət Babayev tərəfindən
çəkilmiş şəhid Şükür Hacıyevin
portreti onun anasına təqdim olunub.
Sərgidə 13 rəssamın ümumilikdə 36 əsəri
nümayiş olunub.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.4.