Ramiz Mirişlinin 90 illiyi Gəncədə qeyd edilib

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934-2015) 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Filarmoniyanın Xalq çalğı alətləri orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın “Arazım”, “İlk sevgi”, “Qızlar bulağı”, “Dedi tələsmə”, “Küsüb məndən”, “Doğma diyarım”, “Həyat, söylə, sən kiminsən?”, “Bir könül sındırmışam”, “Azərbaycan – dünyam mənim” mahnılarını səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.4.