Dövlət müstəqilliyimiz – ən böyük
sərvətimiz
Bölgələrdə 18 Oktyabr – Müstəqilliyin Bərpası
Gününə həsr olunmuş tədbirlər təşkil
edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti və
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin
(RMİ) birgə təşkilatçılığı ilə
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində
“Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı
tədbir keçirilib.
Qeyd olunub ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan
Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, tariximizdə
şanlı iz qoyub. 1991-ci il oktyabrın 18-də Azərbaycan
dövlət müstəqilliyini bərpa edərək
Cümhuriyyətin varisi olduğunu bir daha dünyaya bəyan
edib. Müstəqilliyin ilk illərində xalqımız yenidən
onu itirmək təhlükəsi ilə üzləşib,
böyük siyasi təcrübəyə malik olan Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə
sovuşub. Ölkəmizdə davamlı sabitlik və
inkişafın təməli qoyulub.
Tədbirdə əlamətdar günə həsr
olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər
ədəbi-bədii kompozisiya ilə çıxış
ediblər.
***
Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi
Kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Salyan Dövlət Rəsm
Qalereyası, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana,
Tarix-Diyarşünaslıq Muzeyi, Neftçala Dövlət Rəsm
Qalereyası və Heydər Əliyev Mərkəzində
Müstəqilliyin Bərpası Gününə həsr
olunmuş sərgi, açıq dərs və digər tədbirlər
keçirilib.
Çıxışlarda dövlət quruculuğu
istiqamətində görülən böyük işlərdən
və Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən
bəhs edilib, respublikamızın iqtisadi və mədəni
sahələrdə qazandığı nailiyyətlərdən
danışılıb.
***
Yardımlı rayon Heydər Əliyev Mərkəzində
“Dövlət müstəqilliyimiz – ən böyük sərvətimiz!”
mövzusunda tədbir təşkil edilib. Ümummilli liderə
həsr olunan “Dahi şəxsiyyət” sənədli filmi
nümayiş olunub.
***
Lənkəran Mərkəzi Kitabxanasında “Müstəqillik
yollarında uğurlu addımlar” mövzusunda tədbir
keçirilib. Tədbirdə iştirakçıların bu
günün tarixi mahiyyəti haqqında
çıxışları dinlənilib. Bədii hissədə
şagirdlər vətənpərvərlik ruhunda şeirlər
söyləyiblər.
Qəni Vəliyev adına Lənkəran şəhər
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə
“Müstəqillik yollarında” adlı videoçarx
nümayiş etdirilib. Direktor Anar Kəkəyev müstəqillik
tariximiz haqqında söz açıb. “Babalar” xor kollektivi,
Mamusta Mədəniyyət evi və Münəvvər Kələntərli
adına şəhər klubunun bədii qiraətçilərinin
ifasında şeirlər səsləndirilib, mahnılar ifa
olunub.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən
mədəniyyət müəssisələrində Müstəqilliyin
Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər
keçirilib.
Tədbirlərdə bildirilib ki, müstəqil
müasir Azərbaycan dövləti Ümummilli lider Heydər
Əliyevin şah əsəridir. Dahi siyasətçinin
dövlətçilik yolunu uğurla davam etdirən Prezident
İlham Əliyev tərəfindən ölkəmizin hərtərəfli
inkişafı təmin edilib.
***
Müstəqilliyin Bərpası Günü münasibətilə
Şəki-Zaqatala, Qarabağ, Gəncə-Daşkəsən
və Şərqi Zəngəzur RMİ-lərin tabe müəssisələrində
də silsilə tədbirlər təşkil olunub.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.4.