Folklor və ekoloji
diskurs
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar
departamentinin təşkilatçılığı ilə
“Yaşıl dünya naminə həmrəylik ili” və
COP29-a həsr olunmuş dəyirmi masa keçirilib.
Departamentin müdiri filologiya üzrə fəlsəfə
doktoru, dosent Dilbər Zeynalova giriş sözündə qeyd
edib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik
ili” elan olunması və COP29-un ölkəmizdə
keçirilməsi humanitar və ictimai elmlərin də
qarşısında mühüm vəzifələr müəyyənləşdirir.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent
Hikmət Quliyev “Folklorik düşüncə və ekoloji
diskurs: “Dirilik suyu axtarışı”ndan “Əbədi mütəhərrik”
ideyasına” mövzusunda çıxış edib.
Folklorşünas alim qeyd edib ki, yaşıl dünya
çağırışları təkcə
yaşadığımız fiziki aləmi deyil, həm də
mənəvi aləmini əhatə etdiyindən burada sosial
stereotiplər və inanclar üzərində formalaşan dəyərlərə
xüsusi diqqət yetirmək lazımdır. “Ekofolklor, ənənəvi
ekoloji bilik, yaşıl dünya” və “əbədi həyat,
ölümsüzlük axtarışı və enerji
ehtiyacı” mövzuları ətrafında danışan H.Quliyev
xalq yaradıcılığında təbiətə pozitiv və
neqativ münasibəti ifadə edən nümunələri
diqqətə çatdırıb. Məruzədə insan-təbiət-mədəniyyət
münasibətlərinə sosial-antropoloji
folklorşünaslıq kontekstində yanaşmadan da bəhs
edilib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.7.