Əməkdaşlıq
və təcrübə mübadiləsi üçün
mühüm imkan
“Tikmə sənəti” beynəlxalq elmi konfransı
gedişində bəzi iştirakçıların tədbirlə
bağlı qısa fikirlərini öyrəndik.
Qırğızıstanlı mütəxəssis Aida
Alimova: “İlk növbədə, yüksək təşkilatçılığa
və peşəkar mütəxəssislərin
iştirakına görə təşəkkür edirəm.
Bütün muzeylər üçün mühüm olan
qoruma, bərpa, qədim əl sənəti olan tikmənin
populyarlaşdırılması mövzusunda fikir mübadiləsi
aparırıq. Mən artıq ikinci dəfədir Azərbaycan
Milli Xalça Muzeyindəyəm. Muzeyin yenilikləri,
kolleksiyanın dolğunlaşması bir muzey əməkdaşı
kimi məni heyran edir. Bu da onu göstərir ki, xalqınız
qədim tarixə malikdir. Konfrans bizə bir daha əməkdaşlıq
etmək və tədqiqatlarımızı bölüşmək
imkanı yaradır”.
Rusiya Dövlət Şərq Muzeyinin əməkdaşı
Yekaterina Şinkaryova: “Belə bir konfransda iştirak etmək mənim
üçün çox maraqlıdır. Elə ilk gündən
bizim kolleksiyamızla bağlı maraqlı məqamları
aşkar etdik. Məlum oldu ki, muzeylərimizdə ölkələrimizlə
əlaqəli eksponatlar qorunur. Eyni zamanda konfransda ümumi
ideya, fikir və problemlər müzakirə edilir, birgə
işlər barədə fikir mübadiləsi aparırıq.
Bu gün Rusiyada tikmə sənəti inkişaf edir,
bacarıqlı ustalarımız bu sənəti unudulmağa
qoymurlar”.
N.İ.Feşin adına Kazan İncəsənət Məktəbinin
direktor müavini Dilarə Kamalova: “Dekorativ-tətbiqi sənətin
tikmə növünün bu gün beynəlxalq konfrans səviyyəsində
təbliğ edilməsindən məmnunuq. Konfransda elmi əhəmiyyətli
məruzələr təqdim olunur. Öyrənilməli, təcrübəni
bölüşməli məqamlar çoxdur. Mən bu
konfransda dəri üzərində tikmə təcrübəsi
ilə bağlı məruzə ilə çıxış
edəcəyəm. Təbii dəri üzərində tikmə
sənətinin də maraqlı mövzu olduğunu
düşünürəm”.
Lalə
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.5.