Gənc bəstəkar
Sankt-Peterburqda öz əsərini səsləndirib
Azərbaycanlı musiqiçilər oktyabrın 19-da
Sankt-Peterburq şəhərində Rusiya Dövlət
Kapellasının konsertində çıxış ediblər.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının baş dirijoru və musiqi rəhbəri
Əyyub Quliyevin dirijorluğu ilə K.Sen-Sansın “Samson və
Dalila” operasından “Vaxkanaliya”, N.A.Rimski-Korsakovun “Şəhrizad”
simfonik süitası, eləcə də görkəmli Azərbaycan
bəstəkarı Soltan Hacıbəyovun “Karvan” simfonik
lövhəsi və gənc bəstəkar və pianoçu
Tamilla Əhədovanın “Fortepiano və orkestr üçün
konsert” əsəri ifa olunub.
Görkəmli bəstəkar, keçmiş
SSRİ-nin Xalq artisti Arif Məlikovun yetirməsi olan T.Əhədovanın
öz əsərini yüksək səviyyədə ifa etməsi
tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanıb.
Azərbaycan musiqisinin də beynəlxalq aləmdə
tanıdılması və təbliğinə töhfə
olan konsert sənətsevərlərin ruhunu oxşayıb.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.1.