Zelena-Qura Elvini alqışlayıb
Polşanın Zelena-Qura şəhər
filarmoniyasının təşkil etdiyi ənənəvi Simli
Alətlər Festivalının növbəti konsertində Azərbaycan
da təmsil olunub.
Gənc olmasına baxmayaraq, indiyədək neçə-neçə
böyük səhnəni fəth etmiş violin
ifaçısı, Azərbaycanın Əməkdar artisti,
beynəlxalq müsabiqələr qalibi və laureatı Elvin
Xoca Qəniyev oktyabrın 18-də keçirilən konsertdə
vokalçı Klaudiya Trzasko ilə birlikdə
çıxış edib.
Zelena-Qura filarmoniyasının sosial şəbəkə
hesabında yer alan məlumatda deyilir ki, Norbert Turkçinskinin
dirijor pultu arxasında olduğu simfonik orkestrinin müşayiət
etdiyi konsert əla keçib: “Biz Verdinin, Respiginin və Qriqin əsərlərini
fantastik ifada dinlədik”.
Elvin Xoca Qəniyev İtaliya bəstəkarı
Ottorino Respiginin simfonik orkestr və violin üçün
“Qreqorian konserti”ni, Norveç bəstəkarı Edvard Qriqin
vokal, violin, xor və orkestr üçün bəstələdiyi
“Per Günt” kamera-simfonik əsərindən I və II
süitaları ifa edib.
Gülcahan
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.8.