Bakı Caz
Festivalı davam edir
Xəbər verdiyimiz kimi, 17 –27 oktyabr tarixlərində
paytaxtımızda növbəti caz festivalı keçirilir.
XIX Bakı Caz Festivalının açılışı
“Jolly Joker” məkanında olub. İlk konsertdə Braziliyadan
cazmen, bas-gitaraçı Munir Hossn və xanım ifaçılardan
ibarət “ELAS” qrupu (Mayte Gonzales – piano, Mariana Pilatos – fleyta,
Yissi Qarsiya və Mişel Velkons – hər ikisi zərb alətləri)
səhnəyə çıxıb.
Açılışda festivalın bədii rəhbəri
Rain Sultanov və Braziliyanın Azərbaycandakı səfiri
Manuel Monteneqro çıxış ediblər. Munir Hossn Azərbaycanda
caz festivalında iştirak etməkdən şad olduğunu
bildirib.
Oktyabrın 20-də eyni məkanda Rain Sultanov (saksofon)
festivalın qonaqları – trubaçı Karlos Sarduy (Kuba), bas
gitaraçı Linli Mart (Fransa) və zərb alətləri
ifaçısı Con Şmidt (Fransa) ilə birlikdə
“Syndicate” layihəsini təqdim edib.
11 ölkədən ifaçı və kollektivləri
bir araya gətirən festivalın konsert və təqdimatları
“Jolly Joker”də, həmçinin Beynəlxalq Muğam Mərkəzi,
Milli Konservatoriya, ADA Universiteti və Caz-klubda keçirilir.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.1.