Teatr Xadimləri İttifaqı idarə heyətinin Gəncədə
səyyar iclası
Oktyabrın 21-də Azərbaycan Teatr Xadimləri
İttifaqı (ATXİ) idarə heyətinin Gəncə
Dövlət Milli Dram Teatrında səyyar iclası
keçirilib. Əvvəlcə qonaqlar Gəncə
teatrının binası və Gəncə Teatr Muzeyi ilə
tanış olublar.
Sonra teatrın konfrans zalında ATXİ-nin səyyar
iclası başlanıb. İclasda ittifaqın sədri Xalq
artisti Hacı İsmayılov, sədr müavinləri – Xalq
artisti İlham Namiq Kamal, Əməkdar artist Azad
Şükürov, idarə heyətinin üzvü Xalq artisti Mərahim
Fərzəlibəyov, məsul katib Aida Qafarova, təftiş
komissiyasının sədri Əməkdar incəsənət
xadimi Hafiz Quliyev, hüquqşünas Könül Ələkbərova,
Gəncə Dövlət Milli Dram Teatrı, Mingəçevir
Dövlət Dram Teatrı və Şəki Dövlət Dram
Teatrının nümayəndələri iştirak ediblər.
Hacı İsmayılov giriş sözündə Azərbaycan
teatrlarının bugünkü vəziyyətindən,
uğur və problemlərindən danışıb, Gəncə
teatrının beynəlxalq tədbirlərdə ölkəmizi
layiqincə təmsil etdiyini bildirib. O, Gəncə
teatrının direktoru Aqil Bəhramlıya ATXİ-nin “Teatr xadimi” medalını
təqdim edib. A.Bəhramlı fəaliyyətinə göstərilən
diqqətə görə ittifaqın rəhbərliyinə təşəkkürünü
bildirib, teatrın qarşısında duran həlli vacib məsələlərdən
danışıb.
İclasda çıxış edən İlham Namiq
Kamal, Azad Şükürov, Mərahim Fərzəlibəyov,
Valeh Kərimov, Gəncə teatrının ədəbi hissə
müdiri Anar Bürcəliyev, Şəki teatrının
baş rejissoru Mirbala Səlimli, Mingəçevir
teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, aktrisa
Könül Hacıyeva və digərləri teatrların
mövcud vəziyyəti ilə bağlı fikir və təkliflərini
səsləndiriblər.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.2.