Bəstəkar Kamal Əhmədovun
75 illiyi qeyd olunub
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət
xadimi Kamal Əhmədovun 75 illik yubileyinə həsr
olunmuş konsert keçirilib.
Oktyabrın 18-də gerçəkləşən tədbirdə
əvvəlcə musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Günay Məmmədova
yubilyarın həyat və yaradıcılığı
haqqında məlumat verib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov), Azərbaycan
Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti
Gülbacı İmanova) və tarda Əməkdar artist
Zeynalabdin Babayevin müşayiəti ilə solistlər –
Əməkdar artist Tural Ağasıyev (tenor), respublika və
beynəlxalq müsabiqələr laureatları Fəxri
Kazım-Nicat (tenor), Talıb İsgəndərli (bariton), Nigar
Əskərova (soprano) və Safura Aslanova (soprano)
çıxış ediblər.
Proqramda Xəyyam Mirzəzadənin “Səməd
Vurğunun poemasına musiqili illüstrasiyalar”, Kamal Əhmədovun
“Vətəndir” romansı (sözləri Elbəyi Maqsudovun),
“Azərbaycan bayrağı”, “Əbədi məşəl” əsərləri
(sözləri Xanəli Kərimlinin) səsləndirilib.
Sonda səhnəyə çıxan yubilyar bəstəkar
konsertin ərsəyə gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.3.