Paytaxtdakı xalq
teatrlarının festivalı
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı ilə
görkəmli dramaturq, teatr xadimi, şair, nasir Cəfər
Cabbarlının (1899–1934) anadan olmasının 125 illiyi
münasibətilə Xalq Teatrları Festivalı
keçirilib.
Festival mədəniyyət müəssisələrində
fəaliyyət göstərən xalq teatrlarının, eləcə
də dram dərnəklərinin işinin daha da səmərəli
təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc
nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin
fəaliyyətini dövrün tələblərinə
uyğun qurulması məqsədilə təşkil olunub.
Festivalda paytaxtda fəaliyyət göstərən 20
xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi
oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət
Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan
Mədəniyyət Sarayında olub.
Nümayiş olunan tamaşalar münsiflər heyətinin
üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar
incəsənət xadimləri Əli Əmirli və Bəhram
Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı,
bədii tərtibat, aktyor oyunu meyarları üzrə qiymətləndirilib.
Festivalın bağlanış və
mükafatlandırma mərasimi oktyabrın 26-da Mərdəkan
Mədəniyyət Sarayında keçiriləcək.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.3.