Müstəqilliyimizin 33 yaşı münasibətilə

 

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 33-cü ildönümü tamam oldu. 1991-ci ilin bu günü ölkə parlamenti – Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib.

Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabe müəssisələrində bir sıra tədbirlər təşkil olunub.

Yasamal rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adı mühazirə keçirilib. Tədbirdə 286 və 308 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib. Sonra mövzu üzrə film nümayiş olunub.

Şüvəlan qəsəbə Mədəniyyət evi Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə birgə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirib. Bədii hissədə Mədəniyyət evinin poeziya dərnəyinin şagirdləri çıxış ediblər. Mədəniyyət evində fəaliyyət göstərən rəsm kursunun və 230 nömrəli tam orta məktəbin şagirdlərinin təqdim etdiyi sərgiyə baxış keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib. Çıxışlardan sonra mövzu ilə əlaqədar film nümayiş olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Günü, eləcə də Füzuli (17 oktyabr), Zəngilan (20 oktyabr) şəhərlərinin işğaldan azad olunması ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində konsert proqramı keçirilib. Müğənni Xatun Əliyevanın “Səma” rəqs ansamblının müşayiəti ilə oxuduğu mahnılar alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.3.