Mədəniyyət
naziri Milli Gənc Tamaşaçılar Teatrının
kollektivi ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli oktyabrın
18-də Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrının kollektivi ilə
görüşüb.
Teatrın zalında keçirilən görüşdə
nazir Gənc Tamaşaçılar Teatrının Azərbaycan
mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib.
Bildirilib ki, teatr maraqlı tamaşalar, həyata keçirdiyi
layihələrlə yanaşı, xarici ölkələrdə
təşkil olunan festivallarda da ölkəmizi uğurla təmsil
edir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən
mədəniyyətin digər sahələri kimi, teatr sənətinin
də inkişafına diqqət və qayğı göstərilir.
Son illərdə bəzi teatrlara “akademik”, Gənc
Tamaşaçılar Teatrı da daxil bir neçə
kollektivə “milli”
statuslarının verilməsi bu diqqətin bariz nümunəsidir.
Teatrın direktoru Naidə İsmayılzadə
kollektivlə görüşə gəldiyi, sənət
ocağının problemləri ilə maraqlandığı
üçün nazirə təşəkkür edib.
Direktor teatrın bir sıra texniki problemlərini nəzərə
çatdıraraq qeyd edib ki, yaradıcı prosesin güclənməsi,
yeni tamaşaların daha keyfiyyətli hazırlanması
üçün texniki bazanın gücləndirilməsi əhəmiyyətlidir.
Teatrın rejissorları Ağalar İdrisoğlu,
Gülnar Hacıyeva, Elşad Rəhimzadə, Xalq artistləri
Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar
artistlər Kəmalə Müzəffər, Nofəl Vəliyev,
Şövqi Hüseynov, Elnur Kərimov, aktyorlar Aygün Fətullayeva,
İmdad Tofiqoğlu, işıq sexinin rəisi Vadim Kuskov,
radio sexinin rəisi İradə Muradova, dekorçu Pərvanə
Məmmədova çıxış edərək teatrın
uğurlarından, yaradıcılıq prosesindən, eləcə
də mövcud problemlərdən danışıblar.
Adil Kərimli teatrın texniki və digər məsələlərinin
diqqətdə olduğunu, səslənən problemlərin
ardıcıl həlli istiqamətində işlər
aparılacağını vurğulayıb. O, həmçinin
nazirliyin teatr sənətinin inkişafına yönəlmiş
təşəbbüslərə, yaradıcı təkliflərə
dəstək verməyə hazır olduğunu bildirib.
Nazir görüşün sonunda kollektivə yaradıcı
fəaliyyətində uğurlar arzulayıb.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.3.