Tanınmış
aşığa həsr olunan “Dastan axşamı”
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində Əməkdar mədəniyyət
işçisi aşıq Yanvar Bədəlovun (1942–2018) xatirəsinə
həsr olunmuş “Dastan axşamı” adlı tədbir
keçirilib.
Tədbirdə Dağlıq Şirvan RMİ-nin rəis
müavini Əlisultan Sadıxov, rayon İcra Hakimiyyətinin
başçısı müavini Sevil Əhmədova, Azərbaycan
Aşıqlar Birliyinin (AAB) katibi Musa Nəbioğlu və digər
qonaqlar iştirak ediblər.
Musa Nəbioğlu mərhum sənətkarın həyat
və yaradıcılığı haqqında
danışıb. Bildirib ki, o, “Koroğlu havaları” klassik
aşıq havalarının mahir ifaçısı kimi
tanını.
Aşığın həyat və
yaradıcılığından bəhs edən videoçarx
nümayiş etdirilib.
Bədii hissədə Əməkdar mədəniyyət
işçisi xanəndə Sahibə Abdullayeva,
aşığın yetirmələrindən Elman Mehdiyev, Qalib
Güləliyev və Elçin Məmmədov
çıxış ediblər. Onların ifaları
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.4.