Ağstafada
intellektual yarış
Ağstafa rayon ümumtəhsil müəssisələrinin
şagirdləri və onların valideynlərinin
iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik
ili” və COP29 münasibətilə intellektual yarış
keçirilib.
Yarış Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin dəstəyi, Ağstafa RİH, Qazax-Tovuz
RTİ-nin Ağstafa rayonu üzrə sektoru və
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğunun birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu
kənd tam orta məktəbində keçirilən tədbirdə
iştirakçılar əvvəlcə qoruq ərazisindən
aşkarlanmış maddi mədəniyyət nümunələrindən
ibarət sərgi ilə tanış olublar.
İştirakçılar “Yaşıl dünya naminə
həmrəylik ili”, COP29, işğaldan azad olunmuş ərazilərdə
bu sahədə aparılan işlər və s. mövzuda
sualları cavablandırıblar.
Ağstafa rayon Dağ Kəsəmən kənd 1
nömrəli tam orta məktəbinin “Füzuli” komandası I,
Həsənsu kənd tam orta məktəbinin “Xocalı”
komandası II, Azər Yusifli adına Böyük Kəsik kənd
tam orta məktəbin “Zəngilan” komandası III yerə layiq
görülüb.
Qaliblərə sertifikatlar, qoruğun çap məhsullarından
ibarət hədiyyə paketləri təqdim olunub.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.4.