Şəhid qəhrəmanların
xatirəsi yad edilib
Oktyabrın 21-də Vətən müharibəsi şəhidi
Famil Əlizadənin xatirəsi yad olunub. Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Masallı
rayon komitəsinin sədri Vəkil İsmailov, Lənkəran-Astara
Regional Mədəniyyət İdarəsinin rayon üzrə
nümayəndəsi Salman Yunusov və Masallı
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə
Tağıyeva Ərkivan qəsəbəsində şəhidin
məzarınız ziyarət ediblər. Ziyarətçilər
şəhidin ailəsinə baş çəkib,
qayğı və problemlərini öyrəniblər.
Famil Habil oğlu Əlizadə 1999-cu il mayın 3-də
Masallının Ərkivan qəsəbəsində anadan olub.
Vətən müharibəsində Füzuli rayonunun Yuxarı
Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində
şücaət göstərərək şəhidlik zirvəsinə
yüksəlib. Oktyabrın 22-də doğma qəsəbədə
torpağa tapşırılıb. Ölümündən
sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına
görə” və “Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif edilib.
***
Mil-Muğan RMİ-nin İmişli rayonu üzrə mədəniyyət
müəssisələri və rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə Vətən
müharibəsi şəhidi Elməddin Əhmədzadənin
xatirəsinə həsr olunmuş “Torpaq uğrunda ölən
varsa...” adlı tədbir keçirilib.
Tədbirin bədii hissəsində mədəniyyət
işçilərinin ifasında ədəbi-bədii
kompozisiya nümayiş olunub. Şəhidin atası Uğur
Əhmədzadə tədbirin təşkilinə görə
rayon rəhbərliyinə və mədəniyyət
işçilərinə təşəkkür edib.
***
Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət
göstərən Şəki şəhər Narınqala və
Səməd Vurğun adına folklor evləri tərəfindən
Vətən müharibəsi şəhidləri əsgər
Toğrul Nağıyev və baş çavuş Elçin Nadirovun
xatirəsi anılıb. Şəhidlərin həyat və
döyüş yolundan söz açılıb,
xalqımızın belə qəhrəmanlarla hər zaman fəxr
edəcəyi bildirilib.
Şəhidlər haqqında filmləri nümayiş
olunub.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.4.