“Şuşa və ətrafının
arxeoloji tədqiqi”
AMEA Arxeologiya və Antropologiya İnstitutu Gənc Alim
və Mütəxəssislər Şurasının (GAMŞ)
təşəbbüsü ilə “Şuşa və ətrafının
arxeoloji tədqiqi” mövzusunda elmi sessiya keçirilib.
Şuşa şəhərinin 2024-cü il
üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunması münasibətilə təşkil
edilən sessiyada Şuşanın arxeoloji tədqiqi tarixi,
şəhər işğaldan azad olunduqdan sonra institutun
apardığı tədqiqat işləri barədə məlumat
verilib. Qeyd edilib ki, gənclər elmi tədqiqatları
paylaşmağa həvəs göstərməli, bu kimi tədbirlərin
aparıcı qüvvəsinə çevrilməlidirlər.
Sessiyada müxtəlif elmi müəssisələrdən
olan gənc alim və mütəxəssislər “Şuşa
qalalarında beynəlxalq arxeoloji tədqiqatlar – 2024”
mövzusunda məruzələrlə çıxış
ediblər.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.3.