Tbilisidəki
festivalda soydaşlarımızın aşıqlar qrupu
iştirak edib
Tbilisi Konservatoriyasında Uşaq və Gənclər
Etnoqrafik Ansamblları Festivalı keçirilib.
Tbilisi Bələdiyyə Məclisinin təşkilatçılığı
ilə keçirilən festivalda müxtəlif mədəniyyətləri
təmsil edən xor və orkestrlərlə yanaşı,
Gürcüstanda yaşayan soydaşlarımızdan ibarət
“Meydan” aşıqlar qrupu da iştirak edib.
Qrupun ifasında Azərbaycan aşıq sənəti
nümunələri maraqla qarşılanıb.
Festivalın sonunda təltifetmə mərasimi olub.
“Meydan” aşıqlar qrupunun rəhbəri Nargilə
Mehdiyevaya festivalın mükafatını Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev təqdim edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev tədbirin təşkilinə görə Tbilisi Bələdiyyə
Məclisinə təşəkkürünü bildirib.
Ölkələrimiz arasında mədəniyyət sahəsindəki
əməkdaşlıqdan bəhs edən diplomat bu istiqamətdə
həyata keçirilmiş birgə layihə və təşəbbüslər
barədə də danışıb.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.8.