Tarixi-mədəni
irsin mühafizəsində ekoloji mühitin qorunması
Muzey və mərkəzlərin əməkdaşları
üçün treninq
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi və Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin
birgə təşkilatçılığı ilə “Tarixi
və mədəni irsin mühafizəsində ekoloji
mühitin qorunması” mövzusunda treninq keçirilib.
21-23 oktyabr tarixlərini əhatə edən treninq bu
ilin noyabrında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) və “Yaşıl dünya naminə həmrəylik
ili” münasibətilə təşkil olunub. Treninqdə
baş idarənin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin
və muzeylərin baş fond mühafizəçiləri və
elmi işçilər iştirak ediblər.
Tədbirlər 21 və 22 oktyabr tarixlərində Səbail
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi
Kitabxanasında, oktyabrın 23-də isə Nəriman Nərimanovun
Xatirə Muzeyində gerçəkləşib.
Treninqdə “Ekoloji dəyişikliklərin muzey
mühitinə təsiri”, “Muzey uçot sənədlərinin
normativ tərtibatı”, “Müasir muzeylərdə ekoloji
problemlərin araşdırılması”, “Keramika nümunələrinin
mühafizə problemləri” və digər mövzularda
müzakirələr aparılıb.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.5.