“Musiqi kimliyimiz” layihəsində
Aşıq Molla Cümə yad olunub
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının “Musiqi kimliyimiz” layihəsinin növbəti
buraxılışı Aşıq Molla Cümənin
(1854-1920) 170 illiyinə həsr olunub.
Layihənin ilk günü Gəncə şəhər
Fikrət Əmirov adına 1 saylı Uşaq musiqi məktəbi,
Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin
müəllim və şagirdləri çıxış
ediblər. Onların ifasında “Baş şəşəngi”,
“Dost mehriban ya bir ola, ya iki”, “Ay bala gəlin”, “Yaşa, Azərbaycan!”,
eləcə də “Paşa köçdü”, “Gödək
donu” və “Baş dübeyti” havaları səsləndirilib.
Layihənin ikinci günü Fikrət Əmirov
adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində
konsert proqramı keçirilib. Gəncə şəhər
Bülbül adına 3 saylı Uşaq musiqi məktəbi və
şəhər Uşaq incəsənət məktəbinin
müəllim və şagirdlərinin ifasında aşıq
havaları və xalq mahnıları təqdim olunub.
Layihənin bağlanış mərasimində isə
Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus
Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz
Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov,
Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında “Şərili”,
“Şəqayi gəraylı”, “Təbriz gəraylısı”,
“Ovşarı”,
“Naxçıvanı”, “Baş Sarıtel”, “Kərəm
gözəlləməsi”, “Koroğlu dübeytisi” və
“Hüseyni” saz havaları səsləndirilib.
Qeyd edək ki, “Musiqi kimliyimiz” layihəsində bundan əvvəl
Aşıq Ələsgər və Aşıq Şəmşir
yad olunmuşdu.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.3.