Hyustonda azərbaycanlı dirijorun rəhbərliyi
ilə balet tamaşası
Dekabrın 7-8-də ABŞ-nin Hyuston şəhərində
(Texas ştatı) azərbaycanlı dirijor Təranə
Teylorun rəhbərlik etdiyi Hyuston Repertuar Balet Orkestrinin (HRB)
müşayiəti ilə rus bəstəkarı Pyotr
Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildirilib ki, baletdə əsas rolları amerikalı balet artistləri
Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edəcəklər.
Təranə Teylorun dirijorluğu ilə
“Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə
nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən
maraqla qarşılanıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının məzunu olan Təranə Teylor solo,
orkestr, teatr və balet musiqisində təcrübəyə
malik pianoçudur. Yeddi il HRB orkestrində pianoçu kimi fəaliyyət
göstərib. Orkestrin üzvləri ABŞ-nin və
dünyanın müxtəlif ölkələrinin səhnələrində
çıxış edən tanınmış musiqiçilərdir.
Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas
Musiqi klubunun tələbələri “All State Music”
festivalında mükafatlar qazanıblar.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.8.