Musiqişünas-alimin 70 illik yubileyi
qeyd olunub
Fəttah Xalıqzadə Azərbaycan
musiqişünaslıq elminə mühüm töhfələr
verib. Alim əsası dahi Üzeyir Hacıbəyli tərəfindən
qoyulan etnomusiqişünaslıq istiqamətində dəyərli
tədqiqatlar aparıb.
Bu fikirlər Azərbaycan Bəstəkarlar
İttifaqında Fəttah Xalıqzadənin 70 illik yubileyinə
həsr olunan elmi-praktik konfransda səslənib.
Bəstəkarlar İttifaqının sədri professor
Firəngiz Əlizadə tanınmış alimin
yaradıcılığından danışaraq onun fəaliyyətinin
musiqi elmi üçün əhəmiyyətli olduğunu
vurğulayıb.
Fəttah Xaliqzadənin elmi
yaradıcılığı, pedaqoji fəaliyyəti, eləcə
də musiqişünas-alimin
“Üzeyir Hacıbəyli və xalq musiqisi” kitabı
haqqında məruzələr dinlənilib.
Bədii hissədə Üzeyir Hacıbəyli və
Niyazinin musiqisindən nümunələr səslənib.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.3.