Rusiyalı mütəxəssisin
BXA-da ustad dərsləri
Ural Xoreoqrafiya Kollecinin (Rusiya Federasiyası) müasir rəqs
və balet gimnastikası üzrə müəllimi Kseniya
Xomutova Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsləri
keçib.
Öncə Kseniya Xomutova ilə BXA rəhbərliyinin
görüşü olub. Qonağa akademiyanın fəaliyyəti
haqqında məlumat verilib, təhsilin pillələri, tədris
prosesində tətbiq olunan yeniliklərdən söz
açılıb. Eyni zamanda qonaqla müasir rəqs və
balet gimnastikası ilə bağlı fikir mübadiləsi
aparılıb.
Sonra Kseniya Xomutova tərəfindən BXA-nın tam
orta təhsil, orta ixtisas təhsil və bakalavr pillələrinin
şagird və tələbələrinə müasir rəqs
və balet gimnastikası üzrə ustad dərsləri
keçirilib.
Rusiyalı mütəxəssis müasir rəqs,
klassik rəqs və balet gimnastikası ilə bağlı
fikirlərini bölüşüb, rəqs elementlərinin
düzgün icrasına dair tövsiyələr verib.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.2.