Üç yubilyar
“Musiqi aləmində”
Bu il Azərbaycan musiqisinin üç görkəmli sənətkarı,
Xalq artistləri – bəstəkarlar Şəfiqə Axundova
(1924–2013) və Süleyman Ələsgərov (1924–2000), tarzən
Əhsən Dadaşovun (1924–1976) 100 illik yubileyləridir.
Oktyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində “İrsimizin Tədqiqi və Təbliği”
İctimai Birliyinin təşkilatçılığı ilə
bu yubileylərə həsr olunan “Musiqi aləmində”
jurnalının yeni sayının təqdimatı
keçirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova giriş sözündə hər
üç sənətkarın milli musiqi sənəti
tariximizdə məxsusi iz qoyduğunu vurğulayıb.
Sonra tədbirin aparıcısı “Musiqi aləmində”
jurnalının təsisçisi və redaktoru, Əməkdar
mədəniyyət işçisi Səadət Təhmirazqızı
nəşrin yubilyarlara həsr olunan nömrəsi, dərc
olunan materiallar haqqında məlumat verib.
Tədbirdə Əhsən Dadaşovun qızı,
pianoçu Xanım Məhərrəmova, musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, Bakı
Musiqi Akademiyasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə,
S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət
Məktəbinin direktoru Vaqif Abbasov və digər
çıxış edənlər Şəfiqə Axundova,
Süleyman Ələsgərov və Əhsən Dadaşovun
yaradıcılıq yolu, musiqi mədəniyyətimizin
inkişafında, zənginləşməsində əvəzsiz
xidmətləri haqqında danışıblar.
Çıxışlar muzeyin arxiv materialları əsasında
görkəmli sənətkarlar haqqında
hazırlanmış slayd-şou ilə müşayiət
olunub.
Bədii hissədə Xalq artisti, müğənni
Gülyaz Məmmədova, Əməkdar artist Fəridə
Hüseynova (fortepiano), Sunay Hacıyeva (vokal), Əşrəf
Bünyadzadə (vokal), Mirnofəl
Həsənov (tar), S.Ələsgərov adına 1 nömrəli
Uşaq incəsənət məktəbinin müəllim və
şagirdləri: Qurban Nəsirli (violin), Aytən Cavadova,
Tünzalə Qəhramanova (hər ikisi fortepiano), Əli Sərkərli
(qarmon) və Mollağa Əliyevin (nağara) ifalarında
Şəfiqə Axundovanın, Süleyman Ələsgərovun
əsərlərindən ibarət musiqi proqramı təqdim
olunub.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.5.