Bakıda caz
havası bitmək üzrədir
XIX Bakı Caz Festivalı çərçivəsində
oktyabrın 23-də Azərbaycan Milli Konservatoriyasında
Moldovadan olan musiqiçilərin çıxışları
təqdim edildi.
Vali Boghean Bandin orijinal improvizasiyaları caz həvəskarlarına,
sözün əsl mənasında, böyük bir enerji bəxş
etdi.
Musiqi qrupunun Balkan cazının, Avropanın etno-Şərq
və klassik elementlərin birləşməsindən ibarət
olmaqla hər biri özünəməxsus müasir üslubda
maraqlı bir proqramla dinləyicilərin könlünü
oxşadı. Musiqiçilərin ifasında səslənən
əsərləri birləşmiş xüsusi janr kimi müəyyən
etmək çətindir. Bu musiqi buketi müxtəlif hissləri
və hər kəsin özünü tapa biləcəyi bir
atmosfer yaradır.
Oktyabrın 25-də “Fairmont hotel”də yerləşən
Caz-klubda Mədinə Sultan və italyan Lusi-Zanchini Masciari
triosu çıxış edəcək. İtalyan
musiqiçilər “GONE” albomlarında yer alan kompozisiyaları
səsləndirəcəklər. İki il əvvəl
buraxılmış albom ötən müddətdə
musiqisevərlər tərəfindən maraqla
qarşılanır.
11 ölkədən ifaçı və kollektivləri
bir araya gətirən festival sona yaxınlaşır.
Festivalın bağlanış konserti 27 oktyabrda olacaq.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.1.