Ölkəmizin
işgüzar turizm imkanları Əbu-Dabidə təqdim olunub
Birləşmiş Ərəb Əmirliklərinin
Əbu-Dabi şəhərində keçirilən (20–23
oktyabr) Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının
(ICCA) 63-cü konqresində Azərbaycanın işgüzar
turizm imkanları da tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, konqresdə
ölkəmizi Azərbaycan Turizm Bürosu təmsil edib.
İşgüzar turizm sahəsi üzrə aparıcı
mütəxəssislər və agentliklərlə
keçirilən görüşlərdə Azərbaycanda
işgüzar tədbirlərin təşkili üzrə
mövcud infrastruktur və bütövlükdə ölkəmizin
turizm potensialı haqqında məlumat verilib.
ICCA dünyanın turizm və görüşlər
sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlarından
biridir. Qurumun üzvləri sırasına dünyanın 90
ölkəsində fəaliyyət göstərən mindən
çox beynəlxalq görüşlər sənayesi
bazarı təmsilçiləri daxildir.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.8.