25 oktyabr Qubadlı
Şəhəri Günüdür
Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi
davam edir. Bu müharibə xalqımız üçün Vətən
müharibəsidir. Biz Vətən torpaqlarını
işğalçılardan azad edirik. Bu müddət ərzində
şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini
düşməndən azad edib. Biz döyüş
meydanında tarixi ədaləti bərpa edirik. Çünki
Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.
Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda
yaşayıb, yaradıb, qurub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyev 2020-ci il oktyabrın 26-da xalqa müraciətə
bu sözlərlə başlamışdı. Dövlət
başçısının növbəti tarixi müraciəti
27 il əvvəl Ermənistanın işğal altında
saxladığı Qubadlı şəhərinin müzəffər
Azərbaycan Ordusu tərəfindən azad olunması ilə
bağlı idi.
Qubadlı Vətən müharibəsində Cəbrayıl,
Füzuli və Zəngilandan sonra Azərbaycan əsgərinin
ayaq basdığı və bayrağımızı
ucaltdığı 4-cü rayon mərkəzi idi. Bu qalibiyyət
Silahlı Qüvvələrimizin Laçın və
Şuşa istiqamətlərində irəliləməsi
üçün də mühüm zəmin idi.
Vətən müharibəsinin 30-cu günü idi.
Böyük Zəfərə 14 gün qalmışdı...
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günləri təsis edilib. Sərəncamla 25 oktyabr
Qubadlı Şəhəri Günü kimi təqvimimizə
daxil olub.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.1.