Şəhidlər ölməz, Vətən
bölünməz
Astara rayon Heydər Əliyev Mərkəzində
“Şəhidlər ölməz, Vətən bölünməz”
adlı tədbir təşkil edilib.
Tədbir şəhidlər Elbrus Kamil oğlu Məlikov,
Azad Səhhətulla oğlu İbrahimov, İsmayıl Rüstəm
oğlu Əliyev, Elşən Hacıağa oğlu Məmmədov,
Nizami Şamuyar oğlu Abdullyev, Bakir Rəzzaq oğlu Qasımov və Rafiq
Sahibulla oğlu Məmmədovun doğum və anım günlərinə
həsr olunub.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova,
mərkəzin əməkdaşı Elza Kazımova, Astara
Dövlət Rəsm Qalereyasının direktoru Naibə
Mustafayeva, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
Rəna Əsgərova, MKS-nin əməkdaşı Aygül
İmaməliyeva tariximizə şəhidlərin
canı-qanı bahasına yazılan şanlı Zəfər
salnaməsindən söz açıblar.
Şəhidlərin həyatı və hərbi xidmətləri
haqqında məlumat verilib, fotoşəkillər
nümayiş olunub. Yekunda tədbir
iştirakçıları qalereyanın rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgiyə
baxıblar.
Zəfər Orucoğlu
Mədəniyyət .- 2024.- 18 sentyabr (№69).- S.4.