Arif Məlikovun doğum
günündə sevilən nəğmələri səsləndirilib
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında sentyabrın 13-də Azərbaycanın dünyaşöhrətli bəstəkarı
Arif Məlikovun (1933–2019) mahnılarından ibarət konsert
proqramı keçirilib.
Konsertdə Arif Məlikovun tələbəsi, bəstəkar
Pikə Axundova, tanınmış pianoçu, beynəlxalq
müsabiqələr laureatı Ülviyyə Kazımova
çıxış ediblər.
Gəncə Dövlət Filarmoniyasının Kamera
orkestri və Estrada ansamblının müşayiəti ilə
solistlər – Əməkdar mədəniyyət işçisi
Mehparə Cəfərova, Samir Məmmədov, Əli Məmmədov,
Xəyal Əliyev və Xəyal Məmmədovun ifasında bəstəkarın
“Güllər”, “Gözlərinin aynası”, “Yaşatdın məni”,
“Gəl bizim dağlara”, “Mən qartalam”, “Günəş
ürəkli”, “Çıx yaşıl düzə”
mahnıları səsləndirilib.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.4.