Almaniyada Azərbaycanın
təbliği üçün daha nələr etməli?
Almaniyanın Ştutqart və ətraf şəhərlərində
yaşayan Azərbaycan icması ilə görüş
keçirilib.
Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə
keçirilən görüşdə öncə Almaniya Azərbaycanlıları
Alyansının rəhbəri Nuran Abdullayev öz fəaliyyətləri
barədə məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti barədə
danışıb. Komitənin fəaliyyəti, xaricdəki Azərbaycan
evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri,
Diaspor gənclərinin yay düşərgələri və
digər layihələr barədə geniş məlumat
verilib.
Günay Mirzəyeva çıxışında rəhbərlik
etdiyi mərkəzin fəaliyyətini diqqətə
çatdırıb.
Almaniyadakı AMM-in sədr müavini, italyan bəstəkarı
və mədəni tədbirlər üzrə təşkilatçı
Françesko Macco ölkəmizə səfəri və
unudulmaz xatirələri barədə söz açıb.
İrəvan xanının nəslindən olan mühəndis
Əmir Əli Sərdari İrəvani tarixə ekskurs edərək
İrəvan xanlığının Azərbaycan tarixində
yerini xatırladıb, xaricdə yaşayan azərbaycanlılara
göstərilən qayğıya görə dövlətimizə
təşəkkürünü bildirib.
İcma üzvləri Almaniyada fəaliyyət göstərən
diaspor təşkilatlarının fəaliyyəti ilə
bağlı təkliflərini bildirib, belə
görüşlərin əhəmiyyətini qeyd edib,
Ştutqartda Azərbaycan Evinin açılması ilə
bağlı arzularını dilə gətiriblər.
Görüş musiqi proqramı ilə
yekunlaşıb.
Mədəniyyət .- 2024.- 18 sentyabr (№69).- S.8.