Meksikanın Müstəqillik Günü Şuşada
qeyd olunub
Sentyabrın 14-də Şuşa şəhərində
Meksikanın Müstəqillik Günü şərəfinə
mərasim keçirilib.
Meksika səfirliyindən verilən xəbərə
görə, mərasimdə Şuşa rayonunda Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Aydın Kərimov və Meksikanın Azərbaycandakı səfiri
Viktoriya Romero çıxış ediblər.
Səfir qeyd edib ki, Meksika ilə Azərbaycan
arasında məsafənin uzaqlığına baxmayaraq, iki
ölkə arasında bir sıra oxşarlıqlar var: hər
iki ölkə əlverişli coğrafi yerləşib, təbii
sərvətlərə, qədim və zəngin mədəni
irsə malikdir, eyni zamanda mədəniyyətlər və
sivilizasiyalar arasında əlaqələrə töhfə
verir. Diplomat xalqlarımızın qarşılıqlı
yaxınlaşmasında mədəniyyət və idman
diplomatiyasının rolunu önə çəkib.
Mərasimdə Meksika və Azərbaycan mədəniyyətlərinin
sintezi formatında musiqi əsərləri təqdim edilib. Mədəni
proqram Şuşa sakinləri tərəfindən isti
qarşılanıb.
Meksika səfiri səfər zamanı
Şuşanın görməli yerləri ilə də
tanış olub.
Mədəniyyət .- 2024.- 18 sentyabr (№69).- S.4.