“Struma səhnələri”ndə azərbaycanlı uşaqların əl işləri nümayiş olunub

 

Bolqarıstanın Yunanıstanın Saloniki şəhərindəki Baş Konsulluğunun himayəsi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tərəfdaşlığı ilə Küstendil şəhərində IV “Struma səhnələri” beynəlxalq festivalı keçirilir.

Builki festivalda Azərbaycan, Almaniya, Yaponiya, Kamboca, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri konsert, tamaşa və sərgilər təqdim edirlər.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi festivalda “Qızılgül – Azərbaycan-bolqar dostluğunun rəmzi” mövzusunda rəsm sərgisini nümayiş etdirib.

“Struma səhnələri”nin direktoru Nadejda Dimitrova sərginin açılışında mərkəzin festivalın yaxın tərəfdaşı olduğunu qeyd edib və onun dəstəyini yüksək qiymətləndirib.

Mərkəzin müdiri Sofiya Şıqayeva-Mitreska sərginin yaranma ideyasından danışıb. Bildirib ki, bu sərgi mart ayında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata keçirdiyi “Bahar paralelləri: Azərbaycan-Bolqarıstan” layihəsinin bir hissəsidir. Həmin layihədə qızılgül rəsmləri Azərbaycanda yerləşən “Uni Kids Club” studiyasının uşaqları tərəfindən çəkilib. Layihənin digər hissəsi xarıbülbül gülünə və nar çiçəyinə həsr edilib.

Sərginin açılışından sonra uşaqlar üçün xarıbülbül formasında kompozisiya yaratmaq üçün ustad dərsi keçirilib.

 

Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.1.