MDB-nin Mədəni
Əməkdaşlıq üzrə Şurasının
iclası keçirilib
Sentyabrın 14-də X Sankt-Peterburq Beynəlxalq Birləşmiş
Mədəniyyət Forumu çərçivəsində MDB
iştirakçısı olan dövlətlərin Mədəni
Əməkdaşlıq üzrə Şurasının
növbəti iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət
nazirinin müşaviri Oleq Əmirbəyov
çıxış edib. O, MDB ölkələrində mədəni
inteqrasiyadan, Azərbaycanın bu prosesdə iştirakından
söz açıb.
Azərbaycanın Laçın şəhərinin
2025-ci il üçün “MDB-nin mədəniyyət
paytaxtı” elan edilməsi qərarını yüksək qiymətləndirən
Oleq Əmirbəyov gələn il ölkəmizdə
keçiriləcək III MDB Oyunlarını da bu prosesdə əhəmiyyətli
hadisə olacağını deyib: “İdman
yarışları ilə yanaşı, biz idman və incəsənətin
bir-birinə necə ahəngdar şəkildə
qarışdığını, millətlərarası
dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş
etdirəcək geniş mədəni proqram
hazırlayırıq”.
Nazirin müşaviri MDB-yə üzv ölkələrdə
keçirilən qarşılıqlı mədəniyyət
günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli
töhfələr verdiyini diqqətə çatdırıb.
O, eyni zamanda Bakıda keçirilən, qonşu ölkələrdən
də bu sektorun nümayəndələrini bir araya gətirən
yaradıcı sənayelər festivalı –
“Yaradıcılıq Həftəsi” haqqında məlumat
verib. Qeyd olunub ki, bu tədbir mədəniyyət və
yaradıcı sənayelər (MYS) sahəsində fikir və
təcrübə mübadiləsi platformasına çevrilib.
Qeyd olunub ki, mədəni əməkdaşlığın
üfüqlərini genişləndirməyə xidmət edən
beynəlxalq incəsənət layihələrinin davamlı
keçirilməsi vacib əhəmiyyət daşıyır.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.3.