Şəhidlər unudulmur

 

 

Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa şəhər 1 və 2 saylı folklor klublarının əməkdaşları Vətən müharibəsi şəhidi Nihad Abdullayevin ailəsini ziyarət ediblər.

Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd rayonu ərazisində şəhid olub, Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.4.