“Yaşıl kəndim”
– ucqar eldə konsert
Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz
RMİ tərəfindən “Yaşıl dünya naminə həmrəylik
ili” ilə əlaqədar hazırlanan “Yaşıl kəndim”
layihəsi çərçivəsində Ağstafanın
Gürcüstanla həmsərhəd Sadıqlı kəndində
konsert proqramı təşkil edilib.
Tədbirdə Ağstafa RİH-in
başçısı Seymur Orucov, Qazax-Tovuz RMİ-nin rəisi
vəzifəsini icra edən Nail Məmmədov, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Konsert proqramında səsləndirilən bir-birindən
şən musiqi nömrələri qəlbləri
oxşayıb.
Qeyd edək ki, layihə çərçivəsində
Ağstafa rayonunun digər ucqar qəsəbə və kəndlərində
konsert proqramlarının təşkili nəzərdə
tutulur.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.4.