Bilik gələcəyin
açarıdır
Şirvan-Salyan RMİ-nin tabeliyində fəaliyyət
göstərən musiqi və incəsənət məktəblərində
15 sentyabr – Bilik Gününə həsr olunan tədbirlər
keçirilib. Tədbirlərdə yuxarı sinif məktəblilər
birinci sinif şagirdlərini rəngarəng musiqi nömrələri
ilə sevindiriblər.
Xudat şəhər Uşaq musiqi məktəbində
“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir
keçirilib. Şagirdlər şeirlər səsləndirib,
musiqi nömrələri ilə çıxışlar ediblər.
Şəmkir rayon MKS-nin 1 saylı şəhər
kitabxana filialı Əhməd Cavad adına Mədəniyyət
Mərkəzində “Təhsil bizim gələcəyimizdir”
başlığı altında tədbir təşkil edib.
Bilik Günü münasibətilə tərtib edilən kitab
sərgisinə baxış olub.
Tovuz Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət “Bilik gələcəyin
açarıdır” adlı rəsm sərgisi keçirilib. Sərgidə
mövzunu əhatə edən rəsmlər nümayiş
olunub.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.4.